Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə bütün ali təhsil müəssisələrinin diplomlarının nömrələri proqram vasitəsilə avtomatik müəyyənləşib


Ali təhsil müəssisələri tərəfindən verilən diplomların nömrələrinin avtomatik müəyyənləşməsi 2012-ci ildə tam tətbiq edilib. Belə ki, təhsil ocaqlarını həmin ildə bitirən məzunlar ali məktəbi başa vurması haqqında dövlət nümunəli sənədi - diplomu məhz bu yenilik əsasında – sənədin nömrəsinin proqramla müəyyən olunması qaydası ilə alıblar.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin (TN) Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib. TİMS-in şöbə müdiri qeyd edib ki, sənədlərin dəqiqliyi üçün nazirliyin təhsil müəssisələrindən tələb etdiyi son siyahılar TN-ə təqdim olunduqdan sonra bütün məzunlar diplomlarını əldə ediblər.

Attestatlara gəlincə, respublika prezidentinin fərmanı əsasında edilən dəyişikliklərə uyğun olaraq, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) TQDK həyata keçirir: "TQDK tərəfindən 2012-ci ildə kimə hansı attestatların verilməsi ilə bağlı məlumatlar nazirliyə daxil olub.

Hazırda bununla bağlı bütün məlumatlar TİMS-in bazasında mövcuddur".

HƏQİQƏT




26/02/13    Çap et