Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Həkimlər elektron qaydada seçiləcək


Bundan sonra həkimlər də elektron qaydada seçiləcək. Belə ki, Səhiyyə Nazirliyinin (SN) Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Müvafiq qərar respublika prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı verilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, xidmətdən istifadə etməklə, vakant yerlərə öz elektron ərizələrini göndərmək istəyən tibb işçiləri SN-in rəsmi saytından "Həkimlərin mərkəzləşdirilmiş işə qəbul" bölməsinə daxil olmalıdırlar. Bölmədən "Vakansiyalar"ı seçərək, vakansiyaların mövcudluğu barədə informasiya almalıdırlar.

Daha sonra tibb işçiləri şəxsiyyət vəsiqəsi nömrəsi və PİN kodundan istifadə edərək ərizə formasını doldurmaqla vakansiyaya elektron müraciət edə bilərlər.

HƏQİQƏT




26/02/13    Çap et