Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” üçün 130 min tətbiq hazırlanıb


Mobil biznesə yatırılan irihəcmli investisiyalara baxmayaraq, "Microsoft" mobil tətbiq ekosisteminin inkişafına görə rəqiblərindən geri qalır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkətinin baş direktoru Stiven Elop "MWC 2013" sərgisində çıxışı zamanı bildirib ki, "Windows Phone" mobil əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün yazılmış tətbiqlərin sayı 130 mini ötüb.

2012-ci ilin sonunda "Windows Phone" hazırlama bölməsinin baş direktoru

Todd Briks bildirmişdi ki, ötən il "Microsoft"un mobil platforması üçün 75 min yeni tətbiq yaradılıb. Bir ay əvvəl Briksin verdiyi açıqlamaya əsasən, "Windows Phone" platforması üçün mobil tətbiqlərin sayı iki dəfə artıb. Qeyd edək ki, mobil tətbiqlərin sayına görə "App Store" onlayn kataloqu liderdir.

Emil Hüseynov




26/02/13    Çap et