Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ev üçün media-mərkəz


Kompüter istehsalı üzrə ixtisaslaşmış "Velocity Micro" şirkəti "Windows 8 Pro" Əməliyyat Sistemində işləyən ev üçün "Raptor MultiPlex" media- mərkəzini təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, kompüter alüminium korpusdan ibarətdir. İstehsalçı "Intel Ivy Bridge" aparat platformasını tətbiq edib: konfiqurasiyaya dördnüvəli 3,5 GHs tezlikli "Core i7-3770K" prosessoru daxil edilib.

Əməli yaddaşın həcmi 16 Gb-dır. Sistem yaddaşı qismində 1 Tb həcmli vinçester və ya 480 Gb həcminə malik sərtcisimli disk təklif edilir. Bundan əlavə, ümumi həcmi 6 Tb-dək olan 3 sərt diskin quraşdırılması da mümkündür. Qrafik təsvirin emalını 2 Gb yaddaşlı "GeForce GTX 680" diskret sürətləndiricisi təmin edir.

Media-mərkəzin dəstinə "Wi-Fi" və "Bluetooth 4.0" simsiz rabitə adapterləri, eləcə də üç televiziya tuneri daxil edilə bilər. Həmçinin "Gigabit Ethernet" şəbəkə kontrolleri, optik qurğu (DVD və ya Blu-ray), çoxformatlı kardrider və 9.1 formatlı səs kontrolleri həmin dəstə aiddir. "Raptor MultiPlex"in qiyməti 1 900 dollardan başlayır.

Emil Hüseynov




26/02/13    Çap et