Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə BTRİB-in telefon qovşaqları müasir NGN texnologiyaları ilə yenilənib


2012-ci il ərzində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) telefon qovşaqlarının əksəriyyəti yeni nəsil texnologiyaları ilə yenilənib. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə BTRİB İnformasiya Texnologiyaları Laboratoriyasının rəisi Faiq Hüseynov məlumat verib.

O bildirib ki, sözügedən yeni texnologiyalar NGN texnologiyasıdır və artıq onlar fəaliyyət göstərir:

«Ramana kənd ATS-i (1888 nömrə tutumlu), Kürdəxanı, Pirşağı kənd, Savalan, Məhəmmədi, Ramanı-Sovxoz, Pirşağı-Sovxoz, Şuşa qaçqınlar şəhərciyinə qoyulan ATS, Hövsan və Şagan qəsəbələri, Qala kənd, Türkan-Sovxoz, Xaşoxana ATS, Xaşoxana və Bahar yaşayış massivi, Maştağa Gülçülük sovxozu, Yeni Ramana sovxozu, Əmircan ATS-ləri ən son NGN texnologiyası ilə dəyişdirilib. Bundan başqa Müşfiqabad qəsəbəsində qaçqınlar üçün salınan şəhərcikdə yeni ATS quraşdırılıb. Eləcə də qeyd edim ki, Şıxov qəsəbəsində konteyner tipli ATS qoymuşuq».

SEYMUR




26/02/13    Çap et