Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin “Wi-Fi” spotlarda internet istifadəçilərini izləməyə başlayıb


Çin hökuməti ictimai yerlərdə istifadəçiləri “Wi-Fi” girişlə təmin edən təşkilatların qarşısına onları müəyyən edən və hərəkətlərini izləyən proqram təminatı qurmaq öhdəliyi qoyub.
Çin Xalq Respublikası müəssisələrə göstəriş verib ki, “Wi-Fi” spotlara malik olanlar hər bir istifadəçini müəyyən etməyə və internet-sessiya vaxtında onların daxil olduqları bütün səhifələri yadda saxlamağa icazə verən proqram təminatını qısa müddət ərzində əldə edib qursunlar. Kampaniyanın hədəfi qanunsuz fəaliyyətin qarşısını almaqdır.
Qaydanı pozanları 5 min yuan və hadisənin ciddiliyindən asılı olaraq internetin 6 ay müddətinə söndürülməsi cəriməsi gözləyir.
Proqram təminatının qiyməti 20-60 min yuan arasındadır. Bir çox kafe, restoran və kitab mağazaları müştəriləri “Wi-Fi”-yə girişi təmin etməkdən yalnız proqram təminatının əldə edilməsi xərcinə görə deyil, həm də xüsusi xidmət orqanları ilə əlaqə yaradılmaması üçün imtina etməyə qərar veriblər. "Hamıya məlum səbəblərdən müvəqqəti “Wi-Fi” xidməti verilməsi dayandırılır" - Pekində yerləşən “Kubrick” kitab mağazasının qapılarındakı elanda belə yazılıb.
Təəccüblüdür, amma sahibkarlar açıq şəkildə narazılıq edirlər. "Bu, təhlükəsizlik orqanlarına lazımdır. Nə üçün biz ödəməliyik?" - UBC Pekin qəhvəxanasının meneceri Yan Syaoven belə deyib.




30/07/11    Çap et