Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT: Genişzolaqlı rabitənin təmin edilməsi təhsilin inkişafı üçün vacibdir
Genişzolaqlı əlaqə kasıb ölkələrdə təhsilin inkişafına kömək edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) himayəsi altında yaradılmış rəqəmli texnologiyaların inkişafı naminə genişzolaqlı əlaqə məsələləri üzrə komissiyanın yeni hesabatında qeyd edilib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sənəd müəllifləri hesab edirlər ki, genişzolaqlı internetdən istifadə inkişaf etməkdə olan ölkələrdə təhsilin imkanlarını köklü surətdə yaxşılaşdıra bilər.
Məsələn, distant təhsil inkişaf etdirilə, təhsil mərkəzləri yaradıla və sair işlər görülə bilər. Kasıb ölkələrin məktəbliləri internet vasitəsilə dünyanın ən yaxşı universitetlərinin kitabxanalarına giriş əldə edə, müəllimlər isə biliklərini artırmaq üçün informasiya tapa bilərlər.
"İnternet və mobil rabitənin inkişafında nəzərəçarpacaq inkişaf xüsusilə inkişaf etməkdə olan ölkələr üçün misilsiz imkanlar yaradır"
– YUNESKO-nun baş direktoru İrina Bokova deyib. O, BTİ-nin direktoru ilə birlikdə yeni texnologiyaların 1999-cu ildə Seneqalın paytaxtı Dakar şəhərində təqdir edilmiş "Hər kəs üçün təhsil" kampaniyasının altı məqsədinə nail olunacağı ilə bağlı ümidlərini ifadə edib.
Emil Hüseynov
27/02/13 Çap et