Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” 3 komponent üzrə tender keçirəcək


“Azərpoçt” MMC İsveçrənin “SECO” təşkilatının ayıracağı qrant hesabına 3 komponent üzrə tender keçirəcək.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə müəssisənin əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu, 2011-2012-ci illər üzrə müəssisənin auditinin aparılması, imicinin yenidən formalaşdırılması və əməkdaşların treninqlərə cəlb edilməsindən ibarətdir.

Hazırda tenderlə bağlı texniki tapşırıqlar hazırlanır. Bundan sonra məsləhətçi şirkətlərə təkliflər göndərilərək ümumi nəticəyə görə qaliblər seçiləcək.

Treninqlərin paytaxtla yanaşı, regionlarda olan işçilər üçün də davam etdirilməsi, MMC-nin imicinin yenidən qurulması və 2011-12-ci illər üçün auditin aparılması işlərinin yekununda daha modern bir “Azərpoçt” MMC yeni layihələrə başlayacaq.

Yuxarıda qeyd edilənlərdən başqa, “Azərpoçt” MMC-nin “SWIFT 7”-yə keçidi yekunlaşıb. “Azərpoçt” MMC-nin hesablarının yeni İBAN hesablara keçməsi tam bitmişdir və hal-hazırda yeni İBAN hesabları tətbiq olunmaqdadır.

RƏVAN




27/02/13    Çap et