Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı” keçirilir
Bakıda "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ("Azerbaijan-Japan Space Sector Workshop") adlı tədbir keçirilir. İki gün davam edən seminar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutur.
Yaponiyanın hər il müxtəlif ölkələrdə keçirdiyi eyniadlı tədbirlər silsiləsinin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir.
Seminarda "Mitsubishi Electric Corporation"un böyük vitse-prezidenti Takashi Sasakavanın rəhbərlik etdiyi nümayəndə heyəti - Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, "Mitsubişi" Elektrik Korporasiyası, "Mitsubişi" Ağır Sənaye MMC, "Nippon" Elektrik Korporasiyası, "IHI Corporation", "IHI AEROSPACE Co.", "Ltd", "PASCO", "JAMSS", "Mitsubishi", "Sumitomo", "Itochu Corporation" korporasiyaları, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri iştirak edir.
Qeyd edək ki, nümayəndə heyəti dünən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.
27/02/13 Çap et