Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəffaf “ağıllı” telefonlar ilin sonunda satışa çıxarılacaq (VİDEO)


"Polytron Technologies" firması şəffaf "ağıllı" telefon hazırlayır. Bu cihazda "Dəyişdirilən şüşə" texnologiyasından istifadə olunur. Adıçəkilən texnologiya təsvir və mətni göstərmək üçün maye kristal molekullarından istifadə edir.

Yeni "ağıllı" telefon tamamilə şəffaf olmayacaq: "SIM" kart və "SD" yaddaş kartı kimi detallar görünəcək.

"İCTnews" elektron xəbər xidməti "style.rbc.ru" saytına istinadən bildirir ki, "Polytron" firmasının direktoru Sem Yu söz verib ki, şəffaf "ağıllı" telefonlar artıq 2013-cü ilin sonunda satışa çıxarılacaq. Qeyd edək ki, "Polytron" firması şəffaf aparat hazırlaması üzərində işləyən yeganə şirkət deyil. Məsələn, "Samsung" və "LG" şirkətləri müvafiq cihaz üzərində uzun müddət işləyir.



Emil Hüseynov




27/02/13    Çap et