Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusu təqdim edilib


Koreyanın “LG” şirkəti Barselonada (İspaniya) keçirilən “Mobile World Congress” sərgisində dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusunu təqdim edib. “WCP-300” adlanan qurğu “Qi” standartını dəstəkləyən aparatlarda işləyir.


Adıçəkilən standartı, məsələn “LG Optimus G Pro”, “Vu II” və “LTE II”, həmçinin “Nexus 4” aparatları dəstəkləyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “WCP-300” əvvəlcə Cənubi Koreyada əlçatan olacaq və adıçəkilən ölkənin vətəndaşları onu satın almaq üçün 60 dollar ödəməli olacaqlar. Simsiz enerjidoldurma qurğusunun diametri 7 santimetrdir.

Emil Hüseynov




27/02/13    Çap et