Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SEN elektron xidmətlərdə onlayn ödənişlərin aparılması üçün KÖMİS sisteminə qoşulur


Sənaye və Energetika Nazirliyi (SEN) "elektron Azərbaycan" istiqamətində aparılan işlərə öz töhfəsini verməkdədir. Nazirlik artıq bir sıra onlayn əməliyyatlara qoşulur. Bunlardan biri də həyata keçirilməsi planlaşdırılan onlayn ödənişlərin real vaxt rejimində aparılmasını təmin etməkdir.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə SEN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, nazirliyin Elektron idarəetmə şöbəsinin müdir müavini Rüstəm Şəfaqətov və həmin şöbənin məsləhətçisi İlkin Xaniyev Kibernetika İnstitutunda Mərkəzi Bankın nümayəndəsi Fərid Vəliyev, "SİNAM" şirkətinin Proqram təminatı departamentinin müdiri Roza Butayeva və mütəxəssis Elvin Əkbərovun iştirakı ilə Sənaye və Energetika Nazirliyinin elektron xidmətlərində həyata keçirilməsi planlaşdırılan onlayn ödənişlərin real vaxt rejimində aparılmasını təmin etmək məqsədilə KÖMİS sisteminə qoşulmanın reallaşdırılması üçün texniki məsələlərin həlli və dəqiqləşdirmələrin aparılması üçün görüş keçirilib.

Görüşdə fikir mübadiləsi aparılıb və sözügedən məsələ ətrafında dəqiqləşdirmələr, texniki addımlar müəyyənləşdirilib.

SEYMUR




27/02/13    Çap et