Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tezliklə “Super Wi-Fi” simsiz şəbəkələri yaranacaq
Elektronika və Elektrotexnika Mühəndislər İnstitutu (İEEE) böyük hərəkət radiusu simsiz şəbəkəsini təsvir edən “İEEE 802.22” standartının hazırlanmasını bitirib.
Standart “Wi-Fi” şəbəkələri üçün TV kanallar arasında istifadə olunmayan tezliklərin tətbiqini güman edir. Bu tezliklər yayım üçün nəzərdə tutulmayıb, lisenziyalaşdırma tələb etmir və hər hansı məlumatların ötürülməsi üçün tətbiq edilə bilər.
“İEEE 802.22” xətləri ( və ya Super Wi-Fi) nəzəri cəhətdən 22 Mbit/s-ə qədər ötürmə sürətini təmin edə bilir. Belə ki, onların hərəkət radiusu 100 kilometrə çatır. Bununla belə “Super Wi-Fi” şəbəkələri televiziya kanalları üçün maneələr yaratmayacaqlar.
“Super Wi-Fi” texnologiyasının uzaq və çətinliklə gedilə bilən rayon sakinlərini internet girişlə təmin edəcəyi gözlənilir. Bundan başqa, “Super Wi-Fi” gələcəkdə inkişaf edən ölkələrdə də tətbiq oluna bilər.
30/07/11 Çap et