Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şusuke Vatanabe: “Yaponiya şirkətləri Azərbaycanın kosmik sənayesinə sərmayə qoymaqda maraqlıdır”
"Yaponiya şirkətləri Azərbaycanın kosmik sənayesinə sərmayə qoymaqda maraqlıdır". Bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe məlumat verib. Səfir ölkə başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə də diqqət çəkib:
“Bu münasibətlə Yaponiya Hökuməti Azərbaycanla əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. “Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı” da bu münasibətlə təşkil olunub. Biz Azərbaycanla yalnız neft sektorunda deyil, eləcə də qeyri-neft sektorunda, xüsusilə də kosmik sənaye sahəsində əməkdaşlıq etmək istəyirik. Seminar çərçivəsində qeyri-neft sektorunda əməkdaşlığımızın istiqamətlərini müzakirə edəcəyik. Yaponiyanın Nümayəndə Heyətinin səfərində məqsəd odur ki, yapon şirkətləri gələcəkdə Azərbaycanda kosmik sahədə investisiya əlaqələrini genişləndirsinlər”.
HƏQİQƏT
27/02/13 Çap et