Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” “Samsung”dan ehtiyat edir
"Google" şirkəti tərəfdaşı "Samsung"dan ehtiyat edir, çünki hazırda "Android" platforması ilə işləyən qurğuların satış həcminin 40%-i onun payına düşür və Cənubi Koreya şirkəti şərtlərə yenidən baxılmasını tələb edə bilər.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, hazırda İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress" (MWC) sərgisində "Google" şirkəti Cənubi Koreya şirkətinə qarşı meydan oxuya biləcək "Android" mobil əməliyyat sistemindən istifadə edən digər "ağıllı" telefon istehsalçıları ilə danışıqlar aparır.
Ötən il "Samsung" şirkəti bazara 200 milyon "quqlofon" tədarük edib ki, bu da internet nəhənginin mobil reklamdan əldə olunan gəlirinin artması ilə nəticələnib. "Android" platformasının işlənib hazırlanması üzrə direktor Endi Rubin bildirib ki, istehsalçının payı artmağa davam edirsə, bu zaman o, təhlükəyə çevrilə bilər.
Emil Hüseynov
27/02/13 Çap et