Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts “Microsoft” şirkətinin 5 milyon səhmini satıb


“Microsoft” korporasiyasının banisi Bill Qeyts şirkətin 5 milyon səhmini satıb. Satılmış səhmlər Qeytsin şirkətdəki bütün payının 1 faizindən az hissəsini təşkil edir.
Səhmlərin satılması səbəbi bildirilməyib. Qeyts əvvəlki kimi 551 milyon səhmə malikdir, bu da onun şirkətin ən böyük səhmdarı olması deməkdir.
Xatırladaq ki, Bill Qeyts 2008-ci ilin iyun ayında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini tərk edib. O, əvvəlki kimi şirkətin Direktorlar Şurasına başçılıq edir, lakin icraçı səlahiyyətlərindən məhrumdur.




30/07/11    Çap et