Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilədək “iPhone”-nun satış həcmi iki dəfə artacaq


2016-cı ilədək "iPhone" "ağıllı" telefonlarının satış həcmi iki dəfə artacaq. "Biz 2016-cı ilədək şirkətin "ağıllı" telefon bazarının iki dəfə artacağını gözləyirik, planşet kompüterlərinin satış həcmi isə üç dəfə artacaq" – şirkətin direktoru Tim Kuk söz verib.

2012-ci ildə "Apple" şirkəti 140 milyon "iPhone" və təxminən 80 milyon planşet satıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, şirkət direktoruna görə, 2012-ci il uğurlu olub: "Apple"-ın ümumi gəliri 155 milyard dolları ötüb ki, bu da ötən illə müqayisədə 48 milyard dollar daha çoxdur. Emil Hüseynov




28/02/13    Çap et