Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu plyonka enerjinin boşalmasına imkan verməyəcək


Fransanın “Wysips” startapı 1.3 avro dəyərində şəffaf fotohəssas plyonka hazırlayıb. Proqnozlara görə, ekranına bu plyonkalar quraşdırılmış “ağıllı” telefonlar cari ilin sonunda satışa çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “computerra.ru” saytına istinadən bildirir ki, startap nümayəndələrinin fikrincə, istifadəçi mobil telefonunu 10 dəqiqə ərzində günəş işığı altında enerji ilə doldurmaqla iki dəqiqə müddətində danışa biləcək.

“Ağıllı” telefonun orta statistik akkumulyatorunun tam doldurulması isə təxminən altı saat çəkəcək. Lakin bu texnologiya batareyanın tam yüklənməsi üçün deyil, daha çox gün ərzində enerjinin saxlanılması üçün nəzərdə tutulub.

Onlar belə texnologiyanın Afrika üçün əhəmiyyətindən danışıblar, çünki orada rozetka məsələsi problemlidir.

Emil Hüseynov




28/02/13    Çap et