Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin pulu ABŞ hökumətindən çoxdur


“Apple” şirkəti bütün Amerika qeyri-maliyyə şirkətləri arasında ən böyük pul ehtiyatına malikdir. Bu barədə “Moody`s” agentliyinin yeni hesabatında bildirilib.
“Apple” şirkətinin sərbəst vəsaitləri keçən ilin son məlumatlarına əsasən, nağd və qiymətli kağızlarda 59,7 milyard təşkil edib. Lakin cari ilin ikinci rübü üzrə hesabatda bildirilib ki, “Apple” şirkətinin maliyyə həcmi artıq 76,2 milyard dollara çatıb. Bu göstərici isə yalnız şirkətləri deyil, hətta Amerika hökumətində olan vəsaitləri belə ötür. ABŞ Maliyyə Nazirliyi nümayəndələrinin sözlərinə görə, Amerika hökumətinin əməliyyat balansı hal-hazırda $73,768 milyard təşkil edir.
Ən zəngin Amerika şirkətləri siyahısında “Apple” şirkətindən sonra nağd pulun həcminə görə ikinci yerdə 41 milyard göstərici ilə proqram təminatı nəhəngi “Microsoft” olub. Üçüncü yerdə 40.3 milyard göstərici ilə “Cisco” şirkətidir. Bu siyahıya həmçinin “Pfizer”, “Google”, “General Electric”, “Johnson & Johnson”, “General
Motors”, “İntel”, “Oracle”, “Ford”, “Amgen”, “Boeing”, “Dell”, “Chevron”, “Merk”, “İBM”, “ConocoPhillips”, “Coca-Cola” və “Brystol-Myers Squibb” şirkətləri də daxil edilib. İnternet nəhəngi “Google” şirkətinin sərbəst vəsaitlərinin həcmi 35 milyard təşkil edib, “İntel” şirkətində isə bu göstərici 24,4 milyard olub.




30/07/11    Çap et