Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı sosial şəbəkə daha sürətli inkişaf edir?


Auditoriyası 200 milyon istifadəçini ötən "LinkedIn" işgüzar sosial şəbəkəsinin səhmlərinin qiyməti "Evercore Partners" və "Wunderlich Securites"in analitikləri şirkət barəsində müsbət proqnoz tərtib etdikdən sonra Nyu-York birjasında rekord həddə çatıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Evercore"-dən Ken Senanın qiymətləndirməsinə görə, yaxın 5 ildə "LinkedIn" sosial şəbəkəsinin bir səhminin qiyməti 280 dollar olacaq.

Son birjanın yekununa görə "LinkedIn"in bir səhminin qiyməti 6,8% artaraq 168,55 dollar olub. 2012-ci ilin son rübünə əsasən, şirkətin mədaxili ötən ilin müvafiq dövrü ilə müqayisədə 81% artaraq 303,6 milyon dollar olub. Rüblük xalis mənfəət isə 11,5 milyon dollar təşkil edib.

Emil Hüseynov




28/02/13    Çap et