Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalına sığortaolunanlar barədə məlumat bazası yerləşdirilib
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 milyon 272 min 136 nəfər əmək pensiyaçısının və 2 milyon 360 mindən artıq sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün ölkə əhalisinin 40 faizə qədərini əhatə edən ümumi məlumat bazası "Elektron hökumət" portalına yerləşdirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov DSMF-nin Xəzər rayon şöbəsinin yeni inzibati binasının açılışında məlumat verib. Sədr bildirib ki, fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb: "Sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin edilib.
Bununla yanaşı, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək fondun korporativ şəbəkəsi formalaşdırılıb". S.Müslümov DSMF-nin rayon şöbələrinin fəaliyyətinin avtomatlaşdırılmasının, pensiya təyinatında bu ildən etibarən tətbiq olunacaq yeniliklərə keçmək üçün hərtərəfli imkan yaratdığını bildirib.
HƏQİQƏT
28/02/13 Çap et