Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya və Fransa peyklərin istehsalı üzrə birgə müəssisə yaradacaq
Rusiyanın "İnformasiya peyk sistemləri" (İPS) şirkəti ilə Fransanın “Thales Alenia Space” (TAS) şirkəti arasında peyk sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.
"İnterfaks" agentliyinin məlumatına əsasən, Rusiya və Fransa prezidentləri danışıqların yekununa dair Kremldə saziş imzalayıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “İPS”-in direktoru Nikolay Testoyedovun sözlərinə görə, birgə müəssisənin yaradılması istənilən layihələri həyata keçirməyə imkan verəcək.
Emil Hüseynov
01/03/13 Çap et