Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya infrastrukturunun inkişafının elmi-metodiki təminatına yeni yanaşmalar hazırlanacaq


Belarus Respublikasında "İnformasiyalaşdırma və elmi-texniki informasiya dövlət sisteminin inkişafı -2013" (İETİİ - 2013) adlı XII beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi informasiyalaşdırma və elmi-texniki informasiya dövlət sisteminin vəziyyəti, eləcə də inkişafı sahəsində mövcud problemlərin təhlili, Belarusun informasiyalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları, informasiya infrastrukturunun inkişafının elmi-metodiki təminatına yeni yanaşmaların hazırlanmasıdır.

Həmçinin konfrans Milli Proqram çərçivəsində 2011-2015-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində xidmətlərin daha da genişləndirilməsi və inkişafı məsələlərinin müzakirəsini nəzərdə tutur.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, konfrans 20 noyabr 2013-cü il tarixdə Belarus Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika Problemləri İnstitutunda (BMEA BİPİ) (ünvan: Belarus Respublikası, Minsk şəhəri, küç. Surqanova 6, "Elmlər Akademiyası" metrosu) təşkil olunacaq. Qeydiyyat və məruzələrə olan tələblər haqqında məlumatı konfransın saytından ( http://opac.bas-net.by/opacpage/rinti) əldə etmək mümkündür.

HƏQİQƏT




01/03/13    Çap et