Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GPS” və “Wi-Fi”-ya malik əl ağacı hazırlanıb
Yaponiyanın “Fujitsy” şirkəti İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress 2013” sərgisində daxili peyk naviqatoruna malik qeyri-adi əl ağacı nümayiş etdirib.
“Next Generation Cane” qurğusu yaşlılara evə gedən yolu tapmaqda yardımçı olacaq, bundan başqa, əl ağacı real vaxt rejimində insanın yeri haqqında məlumatları ötürməyə, həmçinin onun bədən hərarətini, nəbzini izləmək bacarığına malikdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, əl ağacı və onun sahibinin yerləşmə mövqeyinə xüsusi yaradılmış portalda onlayn baxmaq olar, bundan başqa, əl ağacının sahibi təyin edilmiş məsafədən uzaqlaşdıqda sistem elektron poçtla bu barədə xəbərdarlıq edə bilər.
“Fujitsy” şirkətindən verilən məlumata əsasən, yeni həll yaşlı insanlar üçün nəzərdə tutulub. Avropada bu cür əl ağaclarının satışlarına cari ilin iyununda başlanılacaq.
Emil Hüseynov
01/03/13 Çap et