Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil verilənlər 10 Qbit/s sürətlə ötürülüb


Yaponiyanın “NTT DoCoMo” mobil operatoru mobil verilənləri 10 Qbit/s sürətlə ötürməyi bacarıb ki, bu da istehlakçılar üçün əlçatan müasir sürət limitini 100 dəfə ötür. Bu, “5G” şəbəkəyə doğru atılmış növbəti addımdır. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci il dekabrın 11-də Yaponiyanın İsiqaki şəhərində sınaq keçirilmişdi.

Paketlərin abunə sistemindən baza stansiyası istiqamətində ötürülməsi həyata keçirilmişdi. Ekspertlər hesab edir ki, uğurlu sınaq beşinci nəsil (5G) şəbəkəyə doğru atılmış növbəti addım olub. Mühəndislər sınaq üçün 11 QHs tezlik diapazonunda 400 MHs zolaqdan istifadə ediblər.

Verilənlərin ötürülməsi saatda təxminən 9 kilometr sürətlə hərəkət edən avtomobildən həyata keçirilib. Sözügedən sürətə “Multiple Input Multiple Output (MIMO)” texnologiyası vasitəsilə nail olunub: adıçəkilən texnologiya verilənləri bir neçə axına bölüb. Verilənlərin ötürülməsi üçün eyni anda 8, qəbul edilməsi üçün 16 antenadan istifadə edilib.

Emil Hüseynov




01/03/13    Çap et