Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola Mobility” 2011-ci ilin ikinci rübünü zərərlə bitirib


“Motorola Mobility” şirkətinin bölməsi 2011-ci ilin ikinci rübü üzrə fəaliyyət nəticələri haqqında hesabat verib. Həmin dövrdə “Google Android” əməliyyat sistemi ilə işləyən təxminən 4,4 milyon smartfon və 440 mindən çox “Xoom” planşeti satılıb. Bütün satılan mobil qurğuların ümumi sayı 11 milyon olub.
Faktiki satış həcmləri analitiklərin güman etdiyindən çox olub. Belə ki, əvvəlcə proqnozlaşdırılırdı ki, ikinci rübdə 4,3 milyon “Android”-smartfon və 300 min planşet satılacaq.
Həmçinin, hesabat dövründə proqnozlarla müqayisədə, daha yüksək qazanc əldə edilib. Lakin faktiki gəlirin proqnoz göstəricilərini ötməsinə baxmayaraq, “Motorola Mobility” şirkəti 2011-ci ilin ikinci rübünü 56 milyon dollar zərərlə bitirməsi haqqında hesabat verib.




30/07/11    Çap et