Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda 82 poçt şöbəsi kompüterləşdirilib


Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə edir.

Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində muxtar respublikanın 82 poçt şöbə və bölməsində kompüter avadanlıqları quraşdırılıb, poçt xidmətinin səviyyəsi yüksəldilib.

Hazırda muxtar respublikada beynəlxalq poçtun daşınması üçün "Express Mail Servis" və DHL ekspress poçt xidmətləri də fəaliyyət göstərir.

CAHANGİR




01/03/13    Çap et