Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ÜPİ nümayəndəsi Azərbaycan poçtunun işi ilə tanış olub
2014-cü ildən başlayaraq Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzv ölkələri arasında beynəlxalq məktub korrespondensiyasının mübadiləsinə görə qarşılıqlı hesablaşmada təkcə trafik deyil, həmçinin təyinat ölkəsinə çatdırma keyfiyyəti nəzərə alınacaq.
Bununla bağlı Azərbaycanın Milli Poçt Operatoru “Azərpoçt” MMC tərəfindən cari ildə bir sıra hazırlıq işləri həyata keçirilir. Təyinat ölkəsinə çatdırma keyfiyyətinin ölçülməsi üçün “Azərpoçt” MMC 2012-ci ildə ÜPİ-nin Qlobal monitorinq sisteminə (UPU Global Monitoring System) qoşulmağı planlaşdırır. Bu məqsədlə ÜPİ-nin eksperti Fal Birahlil müvafiq tədqiqat işlərinin aparılması üçün Bakıda səfərdədir.
Səfər zamanı ÜPİ nümayəndəsi “Azərpoçt” MMC-nin aidiyyatı işçiləri ilə görüşlər keçirib, Poçt Daşıma Mərkəzində və Heydər Əliyev Hava Limanında Poçt mübadiləsi mərkəzində olaraq qurulacaq avadanlıqlar üçün yerlər müəyyənləşdirib, texnoloji proseslərin təkmilləşdirilməsi üçün müvafiq təkliflərini verib.
30/07/11 Çap et