Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzerinin payı azalıb


"Net Applications" xidməti 2012-ci ilin fevralı üzrə brauzer bazarı ilə bağlı statistikanı açıqlayıb. Araşdırmaya əsasən, "Internet Explorer" brauzerinin payı artmağa davam edir, lakin "Chrome"-un vəziyyəti o qədər də yaxşı deyil.

Cari ilin fevralına görə, "Microsoft"un brauzerinin bazar payı 55,82% təşkil edib ki, bu da ötən ayla müqayisədə 0,68 faiz çoxdur. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Firefox"un bazar payı bir ay ərzində 0,18% artaraq 20,12% olub.

"Chrome"-un payı isə 1,21% azalaraq hazırda 16,27% təşkil edir. Bu, 2011-ci ilin sentyabrından qeydə alınmış ən aşağı göstəricidir.

Emil Hüseynov




02/03/13    Çap et