Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sistemi populyarlaşır


2013-cü ilin iki ayının yekununa görə, “Windows 8” əməliyyat sisteminin (ƏS) populyarlığı artır.

“Net Applications” statistika xidmətinin məlumatına əsasən, cari ilin fevralında “Windows 8” ƏS-nin bazar payı 2,79% təşkil edib ki, bu da ötən ayla müqayisədə 0,43 faiz çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əməliyyat sistemi bazarının 44.55%-nə sahiblənmiş “Windows 7” ƏS-i hələ ki liderliyi öz əlində saxlayır. Bir ay ərzində onun bazar payı 0.07% artıb.

Ekspertlərə görə, “Windows 7” ƏS-i ilə işləyən kompüterlərin satış həcminin yüksək olmasına baxmayaraq, platformanın bazar payı artıq 45% həddini ötməyə müvəffəq olmayacaq. “Windows XP” ƏS-i hələ də kompüterlərin 39%-nə quraşdırılıb. “Windows” ailəsi əməliyyat sistemləri bazarının 91.71%-nə nəzarət edir.

Emil Hüseynov




02/03/13    Çap et