Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Adobe” “Flash”-da "0 gün" boşluqlarını qapatmaq üçün yenilənmə buraxmağa tələsir


"Adobe" bu həftə ikisi aktiv hücum olmaqla, üç boşluğu qapayan "Flash Player" yenilənməsini buraxmışdır. "ICTnews.az" elektron xəbər xidməti "cert.az" saytına istinadən bildirir ki, təhlükəsizlik bülleteninə görə, "Adobe" məlumatlıdır ki, "CVE-2013-0643" və "CVE-2013-0648" hədəfə yönəlik hücumlarda istismar edilir; bu zaman istifadəçiləri aldadaraq bədniyyətli "Flash" (SWF) kontenti yayan veb-sayta yönləndirən linkə vurmağa məcbur edirlər".

İstifadəçilərə "Windows" və "Macintosh" üçün 11.6.602.171 versiyasını və "Linux" üçün 11.2.202.273 versiyasını yeniləmək məsləhət görülür. Yenilənmələr bu linkdən quraşdırıla bilər.

Emil Hüseynov




04/03/13    Çap et