Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin iki il ərzində dördüncü kosmodromunu işə salmağı planlaşdırır


Hazırda Vençan şəhərində quraşdırılmaqda olan Çinin yeni kosmodromu iki il ərzində işə salınacaq. Bu barədə Çinin Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin nümayəndəsi, Çinin idarə olunan kosmonavtika proqramı üzrə aparatlarının baş konstruktoru Çjou Czyanpin bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hazırda Çində üç kosmodrom fəaliyyət göstərir. Yeni kosmodrom ekvatora yaxın yerləşdiyinə görə aparatların orbitə buraxılması zamanı yanacaq sərfiyyatını mühüm dərəcədə azaltmağa imkan verəcək.

Emil Hüseynov




04/03/13    Çap et