Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Microsoft”-un “Atlas” reklam platformasını satın alıb


“Facebook” şirkəti “Microsoft”-un “Atlas” adlanan reklam platformasını satın alıb.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Atlas” platforması elan verənlər üçün reklam kampaniyasının keçirilməsinin effektivliyini qiymətləndirməyə, göstəricilərini internetdə digər kampaniyalarla müqayisə etməyə imkan verəcək.

Hazırda “Facebook” saytında elan verənlərin əksəriyyəti “Atlas” platformasından istifadə edir. “Facebook” şirkəti reklamı “Atlas” platforması vasitəsilə yalnız öz saytında deyil, həm də tərəfdaşlarının saytlarında yerləşdirə biləcək.

Emil Hüseynov




04/03/13    Çap et