Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Küriositi” işini dayandırıb


"Küriositi" marsgəzəyəni bortuna quraşdırılmış kompüterdə baş vermiş nasazlığa görə daha az fəallıq tələb edən təhlükəsiz rejimə keçirilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin səylərinə baxmayaraq, hələ ki problem aradan qaldırılmayıb.

"Küriositi" marsgəzəyənində A və B adlanan iki eyni kompüter quraşdırılıb. Problem A tərəfdə yaranıb. Problemin bir neçə gün ərzində aradan qaldırılacağı gözlənilir.

Emil Hüseynov




04/03/13    Çap et