Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “NanoLight” lampası 30 adi lampanı əvəz edəcək
Amerikalı ixtiraçılar Cimmi Çu, Tom Rodinqer və Kristian Yan populyar “Kickstarter” xidmətində yaratdıqları çox qənaətcil “NanoLight” lampasının kütləvi istehsalı üçün lazımi vəsaiti toplaya biliblər. Bir ədəd “NanoLight” lampası 30 adi lampanı əvəz edə bilir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, 12 vatt elektrik enerjisi işlədən “NanoLight” lampası adi 100 vattlıq kimi işıq saçır. Bir ədəd 12 vattlıq “NanoLight” lampasının qiyməti 40 dollar, 10 vattlıq versiyanın qiyməti isə 30 dollardır.
Emil Hüseynov
04/03/13 Çap et