Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WLAN” avadanlıq bazarının həcmi yüksək templə artır
2012-ci ilin dördüncü rübündə lokal simsiz şəbəkə (WLAN) bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% artıb. Korporativ seqmentdə artım 28,5% olub.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin yekununa görə, "WLAN" korporativ bazarı üzrə ən böyük artım Latın Amerikası (38,7%) və Yaponiyada (38,6%) qeydə alınıb.
Sonrakı yerlərdə Şimali Amerika (29,7%), "EMEA" (21,1%) və Asiya-Sakit okean regionu (20,9%) qərarlaşıb.
Emil Hüseynov
04/03/13 Çap et