Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un Amerika şirkətinə ödəyəcəyi məbləğ iki dəfə azaldılıb


Kaliforniya ştatının federal hakimi Lüsi Kox "Apple" və "Samsung" şirkətlərinin patent "müharibəsi" üzrə andlı iclasçıların çıxardığı hökmə yenidən baxıb. Nəticədə Koreya şirkətinin üzərinə qoyulmuş cərimə sanksiyalarının məbləği təxminən iki dəfə azaldılıb.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, Cənubi Koreya şirkətinə qarşı qaldırılmış iddia məbləği 1.05 milyarddan 599 milyon dollaradək azaldılıb. Xatırladaq ki, Amerika nəhəngi və "Samsung" şirkəti arasında patent "müharibə"ləri 2012-ci il avqustun 25-də başlanıb.

Məhkəmənin qərarına əsasən, Koreya şirkəti planşet və "ağıllı" telefonların dizaynını "alma" şirkətinin qurğularından köçürüb.

Emil Hüseynov




04/03/13    Çap et