Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter aksesuarları istehsalçısı 140 nəfəri işsiz qoyacaq
İsveçrənin kompüter aksesuarları istehsalçısı "Logitech" 140 iş yerini ixtisar edəcəyi barəsində məlumat verib. Sözügedən tədbir şirkətdə yenidənqurma prosesi və xərclərin azaldılması üçün nəzərdə tutulub.
"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, "Logitech" ixtisarlar nəticəsində cari ildə 80 milyon həcmində vəsaitə qənaət etməyi planlaşdırır.
2012-ci ilin son rübünə əsasən, "Logitech" şirkətinin mədaxili 14% azalaraq 615 milyon, əməliyyat zərəri 180 milyon dollar olub.
Emil Hüseynov
04/03/13 Çap et