Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elastik şüşə ilə təchiz edilmiş ekranların istehsalı təxirə salınır
2012-ci ilin iyununda "Corning" şirkəti elastik xüsusiyyətə malik "Willow Glass" adlanan yeni nəsil qoruyucu örtük təqdim etmişdi. O zaman bildirilmiş məlumata əsasən, istehsalında bu cür şüşələrdən istifadə edilmiş ekranlarla təchiz edilmiş istehlak məhsulları 2013-cü ildə işıq üzü görə bilər.
Hazırda "Corning" şirkətindən verilən məlumata əsasən, "Willow Glass" adlanan qoruyucu örtüyə malik elastik ekranların kütləvi istehsalını öyrənmək üçün ən azı üç il lazımdır.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Corning" şirkətinin prezidenti Ceyms Klappinin sözlərinə görə, insanlar sadəcə olaraq elastik şüşəyə vərdiş etməyiblər. Buna görə də istehlak məhsullarında "Willow Glass" adlanan elastik şüşədən istifadə imkanı məhduddur.
Emil Hüseynov
04/03/13 Çap et