Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Havanın köməyilə hərəkət edən avtomobil istehsal ediləcək
Havanın köməyi ilə hərəkət edən avtomobili təsəvvür edək. Əslində, bu, yenilik deyil. Oxşar texnologiyalara hələ 1800-cü illərdə rast gəlinirdi, lakin mühərriklərin gücü az olduğuna görə uğur qazanmadılar. Avtomobil istehsalçıları benzin və elektrikdən daha yaxşı və rahat yanacağın axtarışındadırlar.
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, "PSA Peugeot" (Fransa) şirkətinin istehsalçıları keçmişi yada salaraq təkrarən sıxılmış havadan istifadə etməyi qərara aldılar. Sıxılmış havada hərəkət edən bu texnologiya daha yaxşı işləyəcək.
Bu prosesdə sıxılmış havaya benzin də əlavə edilib. Sistem – avtomobil adi daxili yanma mühərrikindən, xüsusi hidravlikadan və silindrlərlə birgə uyğunlaşdırılmış ötürmə qutusundan istifadə edir. "Citroen C3" və ya "Peugeot 208" ölçülü avtomobillər yolun 1 km-nə 69 qram karbon qazı, avtomobil isə 2320 qram karbon qazı buraxır. İstehsalçılar öz məhsulunu Hybrid Air adlandırıblar. Belə mühərrikli maşınların ilk buraxılışı 2016-cı ildən nəzərdə tutulur.
Emil Hüseynov
04/03/13 Çap et