Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aprel ayından etibarən “Milliön” köşklərində su pulunu da ödəmək mümkün olacaq


"Komtech" şirkəti "Milliön" sisteminə yeni xidmət növlərinin əlavə edilməsini planlaşdırır.

Şirkətin icraçı direktoru Zöhrab Fərhadovun verdiyi məlumata əsasən, aprel ayından etibarən şirkətin köşklərində "Azərsu" ASC-nin ödənişlərinin qəbuluna başlanılacaq.

"Hazırda bu istiqamətdə işlər aparılır və güman edirik ki, növbəti aydan artıq "Azərsu"nun xidmət haqlarını bizim köşklərdə ödəmək mümkün olacaq. Həmçinin biz bu ayın sonu və ya aprel ayının əvvəlində köşklərdə kredit kart və mobil telefonlar vasitəsilə kontaktsız və nağdsız ödənişlər həyata keçirmək imkanını təqdim etməyi planlaşdırırıq", - Z. Fərhadov bildirdi.

Z. Fərhadovun sözlərinə görə, perspektivdə ölkədə fəaliyyət göstərən bütün bankların kreditlər üzrə ödənişlərini, Dövlət Yol Polisinin cərimələrinin, vergi orqanlarının və digər dövlət strukturlarının ödənişlərinin "Milliön" sistemi vasitəsilə qəbulu nəzərdə tutulub.

Aynur VƏLİYEVA




04/03/13    Çap et