Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Balakəndə internet istifadəçilərinin sayı 4 dəfə artıb


Bu il ərzində Balakən rayonunun bütün kəndlərinin sürətli internetlə təmin olunması nəzərdə tutulur. Balakən Telekommunikasiya Qovşağından verilən məlumata görə, əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni binanın tikintisinə başlanılıb.

Buna qədər isə Katex kəndində 128 nömrətutumlu yeni elektron stansiya istifadəyə verilib. Rayonun Qazma və Yeni Şərif kəndlərində xətt şəbəkəsi qurularaq telefon çəkilişi başa çatdırılıb.

Son bir ildə rayonda internet istifadəçilərinin sayı 1340 nəfərə çatıb. Bu, 2011-ci illə müqayisədə 4 dəfə çoxdur.

RƏVAN




04/03/13    Çap et