Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı “Microsoft” şirkətinə son dəfə xəbərdarlıq edib


Avropa Birliyi "Microsoft" şirkətini "Windows" proqramının bütün versiyalarında brauzer seçimi pəncərəsini tətbiq etməkdən imtina etməsi ilə bağlı cərimə etməyə hazırlaşır.

"Reuters"in məlumatına əsasən, şirkət artıq ikinci dəfə Avropa İttifaqının müvafiq komissiyasının qərarının icrasından boyun qaçırdığına görə cərimənin məbləğinin böyük olacağı gözlənilir. Mart ayının sonuna qədər cərimənin məbləği müəyyənləşdiriləcək.

Avropa Komissiyasının məlumatına əsasən, 2011-ci ilin fevral, 2012-ci ilin iyul aylarında komissiyanın qərarı "Microsoft" problemlərini aradan qaldıracağına söz versə də, buna əməl etməyib. "Windows 8" proqramının ilkin versiyasında da brauzer seçimi pəncərəsi olmayıb və buna görə "Microsoft"un Direktorlar şurası ötən ilin oktyabrında şirkətin icraçı direktoru Stiv Balmerin premiyasını azaldıb.

AYNUR




04/03/13    Çap et