Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Chrome” brauzerində verilənləri sıxma funksiyası aktivləşdiriləcək
“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün “Chrome” brauzerinə verilənlərin sıxılması funksiyasını birləşdirəcək. Bu barədə “Google+” sosial şəbəkəsində tərtibatçı Fransua Bofor deyib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Bofor “Chromium” brauzerinin kodunu araşdırdıqdan sonra bu funksiyanın mövcudluğundan xəbər tutub. Belə ki, martın 1-də çıxarılmış “Chromium” quraşdırılmasında verilənlərin sıxılması funksiyası peyda olub.
Funksiyanı işə salmaq üçün kompüterə “SDK Android” quraşdırmaq və qurğuda “USB” sazlama rejimini işə salmaq lazımdır. Verilənlərin sıxılması “Google”-un proksi serverlərində həyata keçirilir.
Bofor qeyd edib ki, cari funksiya eksperimental rejimdə işləyir. Onun “Chrome” brauzerinin işlək versiyasının tərkibinə daxil ediləcəyi tarix hələ ki məlum deyil.
Emil Hüseynov
05/03/13 Çap et