Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Milli Kitabxanasında ölkə qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur
Azərbaycan Respublikasının qanunvericiliyi ilə artıq onlayn tanış olmaq da mümkündür. Belə ki, Azərbaycan Milli Kitabxanasının (AMK) Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən AMK-dən bildirilib ki, bu bazanı “www.qanun.info” (Azərbaycan dilində) və “www.consulting.minimax.az” (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.
HƏQİQƏT
05/03/13 Çap et