Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSX tərəfindən fevral ayında 503 mobil telefon müsadirə edilib


Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 32 halda 46 nəfər saxlanılıb.

DSX-dən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, 503 ədəd mobil telefon, 474 ədəd mobil telefon üçün aksesuarlar, 3600 ədəd DVD, sənaye və kənd təsərrüfatı malları saxlanılıb: «Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir».

SEYMUR




05/03/13    Çap et