Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təhlükəsiz “Android” smartfonu təqdim edilib


“Motorola Solutions” şirkəti dünyanın ən təhlükəsiz “ağıllı” telefonunu təqdim edib. Aparat “RSA Conference 2013”-də nümayiş etdirilib. ABŞ-ın dövlət qurumları və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş cihazın qiyməti iki min dollar təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Motorola” şirkəti ən təhlükəsiz “Android” smartfonunu bir neçə həftə əvvəl təqdim etmişdi, lakin hazırda onun barəsində daha çox məlumat açıqlanıb. Şirkətin əməkdaşı Silviya Qrabaski təqdimat zamanı deyib ki, “AME 2000” “Atrix HD” modelinə əsaslanır və onun içliyi təkmilləşdirilib.

Lakin Amerikanın “AT&T” operatorunun ticarət markasından məhrum edilib. “AME 2000” “ağıllı” telefonunda iki təhlükəsizlik sistemi mövcuddur: birincisi, telefon qorunan “VPN” şəbəkələrə qoşula bilir, ikincisi, aparat şifrələnməsini dəstəkləyən “CRYPTR micro” çipi var.

Sonuncu “microSD” yaddaş kartına oxşayır. Hərbi təhlükəsizlik standartı və “FIPS 140-2 Level 3” kriptoqrafiyasına uyğun modul “RSA”-jeton, açar və sertifikatları icazəsiz müdaxilədən qorumağa imkan verir. ABŞ-ın Müdafiə Nazirliyi “RSA” sərgisində “Motorola Solution” şirkətinin təqdim etdiyi qurğunun ilk sifarişçisi olmaq arzusunu ifadə edib. Yeni cihazın adi vətəndaşlar üçün əlçatan olacağı barədə məlumat yoxdur.

Emil Hüseynov




05/03/13    Çap et