Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar Mobile” gənclər üçün karyera imkanları yaradır
"Nar Mobile" fevralın 25-dən martın 1-dək Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən "karyera həftəsi"ndə iştirak edib. Gənclərə daha geniş seçim imkanı yaratmaq üçün, "karyera həftəsi"nə ölkənin müxtəlif şirkətləri cəlb olunub.
"Karyera həftəsi" çərçivəsində "Azerfon"u şirkətin İnsan Resursları Departamentinin əməkdaşları təmsil edib. "Nar Mobile" stendinə yaxınlaşan gənclər, şirkət haqqında və şirkətdə karyera imkanları barədə geniş məlumat əldə ediblər. Təqdimat zamanı şirkət nümayəndələri tələbələrin bilik və bacarıqları ilə ətraflı tanış olublar.
Eyni zamanda "Azerfon"a CV ilə müraciət edən gənclər, departamentin əməkdaşları tərəfindən qeydiyyata alınıblar. Tədbirin keçirilməsində əsas məqsəd gənclər və şirkətlər arasında bir körpü rolunu oynamaq, təhsilini tezliklə başa vuracaq tələbələrə müxtəlif sahələrdə iş imkanları yaradaraq, seçim etməkdə köməklik göstərməkdir.
Gənclərə və təhsilin təşviqinə yönəlik layihələr və tədbirlər "Nar Mobile"-ın Korporativ Sosial Məsuliyyət siyasətinin (KSM) əsas hissəsi və ümumilikdə şirkətin prioritet hesab etdiyi sahələrdən biridir.
Şirkət hər il gənclərin peşəkarlığının artırılmasına, karyera imkanlarına, təhsilin təşviqinə yönələn çoxlu sayda layihə həyata keçirir. Bütün bunlar ilk növbədə gənclərin peşəkarlığının artması məqsədini daşıyır və ölkədə müxtəlif ixtisaslı kadrların yaranmasına zəmin yaradır.
05/03/13 Çap et