NASA Yer kürəsinin üçüncü radiasiya qurşağını aşkar edib
Amerikalı alimlər elmi peyklər vasitəsilə Yer kürəsinin məlum olmayan üçüncü radiasiya qurşağını aşkar ediblər.
“Goddard” kosmik uçuşlar mərkəzinin (Goddard Space Flight Center) aparıcı işçisi Şri Kanekal bildirib ki, üçüncü radiasiya qurşağı kosmik aparatlarla digər məlum olan iki, yüksək radiasiyalı qurşağın arasında aşkar edilib.
"Biz əvvəlcə elə bildik ki, bizim avadanlıqda problemlər yaranıb, amma vaxt gedirdi və radiasiya qurşağı yerində qalırdı. Avadanlıq yoxlanıldıqda məlum oldu ki, heç bir nasazlıq yoxdur “, - deyərək, mütəxəssis qeyd edib.
Bir ay sonra isə alimlər yeni bir sürprizlə rastlaşdılar - Günəşdə müşahidə olunan güclü partlayışdan sonra üçüncü radiasiya qurşağı qeyb oldu, bu da onun mücərrəd xarakterli olmasını göstərdi.
NASA-nın mütəxəssisləri hesab edirlər ki, bu fenomenal kəşf, alimlərin, 1958-ci ildən bəri mövcud olan, Yerin radiasiya qurşaqları haqda təsəvvürlərini dəyişir.
Qurşaqlar maqnitosferlərdən ibarətdirlər və onlarda yüksək energetik hissəciklər yığılır, əsasən bu, protonlar və elektronlardı. Onların tədqiq edilməsi uzaq kosmosa uçuşların hazırlanması üçün lazımdır.
Ötən ilin avqustunda NASA tərəfindən kosmosa , radiasiya qurşaqlarının öyrənilməsi üçün iki peyk buraxılıb.
AYNUR