Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada 42 düymlü ilk elastik ekran təqdim olunub
"TOPPAN Printing" və "Plastic Logic" şirkətləri Tokioda keçirilən "RetailTech Japan 2013" sərgisində 42 düymlü elastik ekran prototipini təqdim ediblər. Ekran 16 ədəd 10,7 düymlü monoxrom paneldən ibarətdir. Bu cür ekranın təsvir ölçüsü analoqları ilə müqayisədə altı dəfə çoxdur.
Bundan başqa, ekranın hazırlanmasında istifadə edilmiş texnologiya sayəsində qida mənbəyi kəsildikdə belə təsvir göstərilir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, bu cür ekranlarda əks olunan təsvir, hətta parlaq günəş işığı və istənilən bucaqdan görsənir. Təqdim edilmiş ekranların qalınlığı 3 millimetrdir. Bu həllin tətbiq sahəsi reklam plakatları və informasiya stendləridir.
Emil Hüseynov
06/03/13 Çap et